Bisentrik Balta
Bisentrik Balta əvvəllər daxil edilmiş korpus/gövdə siminin diametri ilə adətən mümkün olduğundan daha böyük diametrli quyuların qazılmasına imkan verir.
Global Drilling Solutions neft-qaz tələbatları üçün müasir və yüksək keyfiyyətli avadanlıq təklif edir. Biz məhsullarımızı ABŞ, Kanada və Rusiyanın aparıcı istehsal sahələrində hazırlayıb və istehsal edirik. Bizim ixtisaslaşmış komandamız sizin ehtiyaclarınıza əsaslanaraq sizə doğru avadanlığı seçməkdə kömək edəcək. Biz həmçinin müştərilərimizin konkret məqsəd və vəzifələrinə cavab verən layihələrin hazırlanması üçün idarəetmə və texniki dəstək təklif edirik. GDS şirkətinin yanaşması müştərilərimiz üçün yekun xərclərin optimallaşdırılmasında iqtisadi təsirini sübut edib.
Global Drilling Solutions artıq 10 ildən çoxdur ki, neft-qaz quyularının qazılması və əsaslı təmiri üçün yeni konstruksiyaların və alət növlərinin işlənib hazırlanmasında, çatdırılmasında və servis xidmətində liderlik mövqeyini saxlamağa davam edir.
Biz böyük elmi-tədqiqat bazası və yüksək texnologiyalı avadanlığa malik olmaqla, ən yüksək texniki-iqtisadi göstəricilərə nail olmağı təmin edən bütün növ məhsulların işlənilməsində geniş tətbiq olunan bir çox unikal həllər tapmışıq.
Bisentrik Balta əvvəllər daxil edilmiş korpus/gövdə siminin diametri ilə adətən mümkün olduğundan daha böyük diametrli quyuların qazılmasına imkan verir.
PDC matrix baltaları quyuların qazılmasında optimal həlldir, burada adi polad baltaların istifadəsi onların sürətli eroziyasına gətirib çıxarır.
Global Drilling Solutions yumşaq, bərk və orta süxurların qazılması üçün PDC qazma baltaları ilə təmin edir.
Bu balta şaquli və maili-istiqamətlənmiş quyuların fasiləsiz qazılması üçün nəzərdə tutulub. Şoroşkalı Balta ən yüksək nüfuz sürəti ilə yumşaq süxurların qazılması üçün nəzərdə tutulub.
GDS geniş çeşidli qazma mühərriki təmin edə bilər. Bütün bunlar müştərilərimizin ehtiyaclarına və büdcəsinə uyğun olaraq mümkündür, biz quyunun konstruksiyasından, ümumi spesifikasiyalardan və qazma məhlulunun xüsusiyyətlərindən məxsus qazma mühərriki təklif edə bilərik.
Bizim qazma məhlulun impulslarına əsaslanan QZÖ alətlər çeşidimiz qazma məhlulun impulslarının ənənəvi texnologiyalarına əsaslanır və onun konstruksiyasını təkmilləşdirir.
Global Drilling Solutions sənayedə etibarlılığını sübut edən müştərilərin ehtiyacları və büdcədən asılı olaraq portfelimizdə yaylı tutqacların, gücləndiricilərlə və amoritizatorla qurulan avadanliglarılarının geniş çeşidini təmin edə bilər.
Global Drilling Solutions düz və spiral şəkilli bıçaqlı stabilizatorlar təklif edir. Bu stabilizatorlar süxurların müxtəlif bərklik kateqoriyalarında işləyə bilərlər.
Qazma zamanı genişləndirici həm qazma quyusunun keyfiyyətini artırır, həm də qazma xüsusiyyətlərini təkmilləşdirir.
Global Drilling Solutions önləyicilər, sərtliyin azaldan, anti-adeziv əlavələr, sürtkü maddələri, kompleks əlavələr, polimerlər, elektroizolyasiyaedici mayelər, çoxfunksiyalı reagentlər, tamponaj materialları ilə təchiz edir.
Daha ətraflı məlumat əldə etmək istəyirsiniz?