BİZ KİMİK?

BİZ GLOBAL DRILLING SOLUTIONS ŞİRKƏTİYİK GLOBAL DRILLING SOLUTIONS ŞİRKƏTİYİK

Bizim tariximiz əslində texnoloji yenilikçi olmaqla başlayır. Biz neft-qaz ehtiyacları üçün iqtisadi cəhətdən səmərəli həllər və qarşıya qoyulmuş bütün məqsədlərə çatmaqda bizə kömək edən səriştəli komanda üzrə xidmətlər göstəririk. Biz geoloji kəşfiyyatdan tutmuş hasilata qədər sənaye sahəsində ən geniş məhsul və xidmət çeşidlərini təqdim edir, karbohidrogenlərin hasilatının optimallaşdırılması və rezervuarların davamlı işinin təmin edilməsi məsələləri üzrə müştərilərimizə məsləhətlər veririk.

2008-ci ildən Global Drilling Solutions (GDS) şirkəti bütün dünyada neft şirkətlərinə qazma xidmətlərinin göstərilməsi və həllərin hazırlanması işləri ilə məşğul olur. Geoloji kəşfiyyat işlərindən tutmuş neft-qaz və geotermal sahələrdə hasilat qazma işlərinə qədər mürəkkəb qazma layihələrinin birbaşa idarə olunması sahəsində çoxillik təcrübəyə malikik.

– GDS-də bizim məqsədimiz sadədir. Bizim gördüyümüz hər işdə məqsədimiz sizə və komandanıza quyuların qazılmasının dəyərini azaltmaq üçün yaradıcı yollar tapmaqda kömək etməkdir.

MİSSİYAMIZ

Missiyamız müştərilərimizi etibarlı və keyfiyyətli xidmətlərlə təmin etməkdən ibarətdir.

VİZİYONUMUZ

Viziyonumuz şirkətimizi inkişaf etdirmək, müştərilərimizə davamlı inkişaf və yenilik vasitəsilə əlavə xidmətlər göstərməkdir.

KORPORATİV DƏYƏR

Dəyərlərimiz etibar, bütövlük və sədaqət əsasında qurulmuş münasibətlərə əsaslanır. Global Drilling Solutions şirkəti hər bir insana və bütün ətraf mühitə çox böyük hörmətlə yanaşır.

Biz inanırıq ki, enerji tərəqqiyə təkan verir, buna görə də biz həmişə müştərilərimizə kənd təsərrüfatı, tibbi, elmi, kosmos, texnologiya və nəqliyyat üçün yanacaq təmin etməyə kömək edən yollar tapırıq. Müasir həyatın demək olar elə bir sahəsi yoxdur ki, neft və qaz xammalı tərəfindən toxunulmasın. Bütün bunlar isə istənilən növ quyu qazmaq üçün birlikdə işləyən səriştəli və bacarıqlı komandalardan başlayır. Layihələrimizi həyata keçirmək və bütün gözləntiləri yerinə yetirmək üçün profil qrupların birləşməsi tələb olunur.

“Quyunun beşiyindən məzarına qədər və hər yerdə onların arasında—Global Drilling Solutions komandasının gəldiyi yerdir.”

Biz qazma məhsullarının bütün dəstini təklif edirik. Müştərilərimiz bizi kompleks xidmətlər təklif edən vahid mərkəz kimi görürlər, beləliklə onların çoxsaylı təchizatçılardan istifadə etməyə ehtiyacları olmur. Bu, tez bir zamanda cavab verən şirkətlə qarşılıqlı birmənalı münasibətiniz olduqda fərq yaradır. Biz qazma işlərinin istiqamətləndirilməsi xidmətlərini istənilən layihə üçün əlçatan, etibarlı və münasib etməyə çalışırıq.

BİZİM DƏYƏRLƏRİMİZ

Bizim dəyərlərimiz GDS ruhunu və enerjisini ən yaxşı şəkildə təcəssüm etdirir. Onlar bizə qərarlar qəbul etməkdə, fəaliyyətimizdə və müştərilərimizlə əlaqədə kömək edirlər. Dəyərlərimiz işimizdə həyata keçirməyə çalışdığımız idealları ifadə edir.

ŞƏFFAFLIQ

Biz şəffaflığı təbliğ edirik, müxtəlifliyi və yeni perspektivləri təşviq edirik, GDS vicdanla davranaraq etik dilemmaları qaldırır.

CƏSURLUQ

Biz çevikik, yenilikçiyik və ticari yönümlüyük, lakin hər zaman inkişaf etməyə can atırıq. Fürsətləri müəyyənləşdirmək və mümkün olan bütün riskləri idarə etmək üçün uzaqgörənlikdən istifadə edirik.

BÜTÖVLÜK

İşimizi etik qaydalara riayət edərək və məsuliyyətlə aparırıq, insanlarımız, ətraf mühit və fəaliyyət göstərdiyimiz cəmiyyətlər üçün təhlükəsizlik və mühafizəni təmin edirik. Biz inkişaf etmiş, əsas dəyərlərimiz olan dürüstlük, komanda işi, məhsuldarlıq, qayğıkeşlik və cəsarətə əsaslanaraq inkişaf edirik.

QAYĞIKƏŞ

Bir-birimizə hörmətlə yanaşaraq və müsbət iş mühitinə töhfə verərək, insanlara sıfır zərər üçün can atırıq. Biz stabil, etik və sosial məsuliyyətli formada qurulmuşuq.

KOMANDA ÜZVLƏRİMİZ

Biznes modelimiz bizə rəqabətqabiliyyətli, çevik və dəyişən enerji probelemlərinə qarşı dayanıqlı olmağa imkan verir. Biz maraqlı tərəflərin dəyişən tələblərinə uyğunlaşmaq üçün hər zaman yeni həllər tapırıq. Bizim modelimiz bizi Global Drilling Solutions edən amillərin əsasını təşkil edir.

SƏDİ YAQUBOV

BAŞ MENECER

RÜSTƏM HABİBULİN

BAŞ DİREKTOR

STANİSLAV YASUTİN

QZÖ APARICI MÜHƏNDİS

CAVİDAN İSMAYILOV

MAİLİ İSTİQAMƏTLƏNMİŞ QAZMA ÜZRƏ BAŞ MÜHƏNDİS

DAMİR DOLOTKAZİN

BAŞ ELMİ ƏMƏKDAŞ VƏ TEXNOLOGİYA ŞÖBƏSİNİN MÜDİRİ

AQİL AŞIROV

MAİLİ İSTİQAMƏTLƏNMİŞ QAZMA ÜZRƏ MÜHƏNDİS

TEYMUR BAĞIROV

MAİLİ İSTİQAMƏTLƏNMİŞ QAZMA ÜZRƏ MÜHƏNDİS VƏ LAYİHƏ MENECERİ

MEHMAN QASIMOV

ANBAR MÜDİRİ VƏ KEYFİYYƏTİN TƏMİN EDİLMƏSİ/KEYFİYYƏTƏ NƏZARƏT ÜZRƏ MƏSLƏHƏTÇİ