KOMANDAMIZ

MEHMAN QASIMOV

ANBAR MÜDİRİ VƏ KEYFİYYƏTİN TƏMİN EDİLMƏSİ/KEYFİYYƏTƏ NƏZARƏT ÜZRƏ MƏSLƏHƏTÇİ

Azərbaycan Dövlət Aqrar Universitetinin birləşdirilmiş bakalavr və magistr dərəcəsinin sahibidir. O, elmi-tədqiqi yeniliklər istiqamətində Mühəndis işi ixtisası üzrə elmi dərəcə almışdır. Universiteti bitirdikdən sonra Mehman bir neçə il müxtəlif tədqiqat şirkətlərində Keyifiyyətin təmini/Keyfiyyətə nəzarət üzrə məsləhətçi vəzifəsində işləyib. Onun emal zavodunda Baş mühəndis kimi iş təcrübəsi var və BP şirkətində işləyərək bir neçə əhəmiyyətli layihəni həyata keçirib. Bütün bunlar onu məqsədyönlü və etibarlı mühəndis kimi inkişaf etdirib.

2008-ci ildən 2020-ci ilədək o, Global Drilling Solutions şirkətində Keyfiyyətin təmini/Keyfiyyətə nəzarət üzrə Məsləhətçi vəzifəsində işləyib. Hazırda o, təchizat zənciri proseslərində, avadanlığın keyfiyyətinə nəzarətdə və anbarın idarəedilməsində məsul şəxsdir.