Qazma Məhlulu
Global Drilling Solutions önləyicilər, sərtliyin azaldan, anti-adeziv əlavələr, sürtkü maddələri, kompleks əlavələr, polimerlər, elektroizolyasiyaedici mayelər, çoxfunksiyalı reagentlər, tamponaj materialları ilə təchiz edir.
Qazma Mühərrikler
GDS geniş çeşidli qazma mühərriki təmin edə bilər. Bütün bunlar müştərilərimizin ehtiyaclarına və büdcəsinə uyğun olaraq mümkündür, biz quyunun konstruksiyasından, ümumi spesifikasiyalardan və qazma məhlulunun xüsusiyyətlərindən məxsus qazma mühərriki təklif edə bilərik.
Yaylı tutqac
Global Drilling Solutions sənayedə etibarlılığını sübut edən müştərilərin ehtiyacları və büdcədən asılı olaraq portfelimizdə yaylı tutqacların, gücləndiricilərlə və amoritizatorla qurulan avadanliglarılarının geniş çeşidini təmin edə bilər.
Stabilizatorlar
Global Drilling Solutions düz və spiral şəkilli bıçaqlı stabilizatorlar təklif edir. Bu stabilizatorlar süxurların müxtəlif bərklik kateqoriyalarında işləyə bilərlər.
Genişləndirici
Qazma zamanı genişləndirici həm qazma quyusunun keyfiyyətini artırır, həm də qazma xüsusiyyətlərini təkmilləşdirir.
Bisentrik Balta
Bisentrik Balta əvvəllər daxil edilmiş korpus/gövdə siminin diametri ilə adətən mümkün olduğundan daha böyük diametrli quyuların qazılmasına imkan verir.
PDC Baltaları (matrİx tİplİ baltalar)
PDC matrix baltaları quyuların qazılmasında optimal həlldir, burada adi polad baltaların istifadəsi onların sürətli eroziyasına gətirib çıxarır.
PDC Baltaları (yumşaq süxurlardan bərk süxurlaradək qazma)
Global Drilling Solutions yumşaq, bərk və orta süxurların qazılması üçün PDC qazma baltaları ilə təmin edir.
Şoroşkalı Balta
Bu balta şaquli və maili-istiqamətlənmiş quyuların fasiləsiz qazılması üçün nəzərdə tutulub. Şoroşkalı Balta ən yüksək nüfuz sürəti ilə yumşaq süxurların qazılması üçün nəzərdə tutulub.
Telemetriya
Bizim qazma məhlulun impulslarına əsaslanan QZÖ alətlər çeşidimiz qazma məhlulun impulslarının ənənəvi texnologiyalarına əsaslanır və onun konstruksiyasını təkmilləşdirir.