KOMANDAMIZ

RÜSTƏM HABİBULİN

BAŞ DİREKTOR

Qazma Mühəndisliyi ixtisası üzrə Ufa Dövlət Neft Texnoloji Universitetinin Bakalavr dərəcəsinin sahibi 1999-cu ildən 2005-ci ilədək “Qazprom” və “Lukoyl”da müxtəlif vəzifələrdə işləmişdir. O, qazmaçı köməkçisi, qazma üzrə mühəndis, qazma sahəsinin rəisi vəzifələrində işləyərək, əsaslı təcrübə qazanmış və nəhayət, baş mühəndis vəzifəsinə yüksəlmişdir. Bu müddət ərzində o, özünü davamlı inkişaf bacarıqlarına sahib bir komanda üzvü kimi tanıtdı. O, 50-dən çox mühəndisdən ibarət komandaya rəhbərlik edib.

Daha sonra Rüstəm irəliyə getməyə qərar verir və Rusiyada yerləşən “Burintex” müəssisəsində Aparıcı Regional Mühəndis və Layihə meneceri vəzifələrində işləyir. Bir çox qabaqcıl layihələrdən məsul olmuş və eyni zamanda Regional İnkişaf Mərkəzində təcrübəçilər üçün texniki sessiyaların aparılmasına daima diqqət yetirmişdir. 2015-ci ildən o, Qazaxstanda yerləşən “Burintex” müəssisəsinin Regional direktoru vəzifəsinədək yüksəlmişdir. O, hər zaman nəticədə öz dəyərini sübut edən yeni ideyalar fikirləşməyə can atır, risklərin və layihlərin idarəedilməsindən, quyuların layihələndirilməsindən başlayaraq, neft-qaz quyularının qazılması və tikilməsinədək “açar təslim” proseslərinə cavab verən inteqrasiya edilmiş qazma xidmətlərini (IDS) tətbiq edib. Rusiyanın, Qazaxıstanın, Türkmənistanın və Azərbaycanın bir çox bölgələrində şirkətin iri layihələrinə rəhbərlik edib.

2015-ci ildə Rüstəm Geo Telemetry şirkətinin Baş direktoru vəzifəsinə təyin edilib. O, öz layihələrini uğurlu şəkildə və öz vaxtı çərçivəsində idarə etməkdə ona kömək edən unikal dəyərlər və bacarıq əldə edib. Rüstəm, şirkətin səmərəliliyinin artırılması üçün vacib olan texniki idarəetmə proseslərinə böyük diqqət yetirir.

Rüstəm Global Drilling Solutions şirkəti yarandığı vaxtdan ona qoşulub. O, GDS şirkətində Baş direktor vəzifəsini qəbul edib. O, bizi hədəfimizə, ambisiyamıza və məqsədlərimizə çatmaq üçün GDS şirkətini irəliyə aparacaq doğru insan kimi seçildi. O, Baş direktor olaraq GDS şirkətinin dünya üzrə bütün neft-qaz kəşfiyyatı, işlənməsi və hasilatına cavabdehlik daşıyır. Şirkətin əsas elementlərindən biri kimi Rüstəm həm texnoloji proseslərin, həm də fərdi təhlükəsizlik göstəricilərinin inkişafını izləmiş və istehsal nəticələri 60% artmışdır. O, Global Drilling Solutions şirkəti üçün innovativ yeni biznes modeli yaratdı. Onun maliyyə və ticarət anlayışı, GDS üçün kapital quruluşunu və əməliyyat xərclərini tənzimləməkdə, eyni zamanda tərəfdaş qrupun yeni imkanları qarşılaya biləcəyini təmin edərək, hər zaman vacib olmuşdur.